Sizin link burada

Gəncədə “Mercedes”lə “VAZ” toqquşdu: 1 yaralı

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

 

“Mercedes” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1990-cı il təvəllüdlü Rzayev Rauf  müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>