Sizin link burada

Yəməndəki üsyançılar Səudiyyə Ərəbistanına zərbələr endirdi

Səudiyyə Ərəbistanı Yəmən ərazisindən  üsyançı husilər tərəfindən atəşə tutulub, nəticədə 7 dinc sakin ölüb.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident Nacran şəhərində baş verib. Məlumata görə, şəhərin sənaye rayonu artilleriya zərbələrinə tuş gəlib.    

 

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd  Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>