Sizin link burada

Natiq Cəfərli həbs qərarından şikayət verdi

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində olan həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib.

 

Vəkil Cavad Cavadov Lent.az-a verdiyi məlumata görə, bu gün şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayətə yaxın günlərdə baxılacaq.

 

Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirli bilinir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>