Sizin link burada

Hәyat yoldaşı, qaynı vә qayınatasını bıçaqdan keçirdi - XAÇMAZDA

Ötәn gün axşam saatlarında Xudatda bıçaqlanma faktı qeydә alınıb.

 

APA -nın şimal bürosunun verdiyi mәlumata görә, bir ailәnin üç üzvü bıçaqlanıb. Onlar 1958 -si tәvәllüdlü Mәmmәdrәsulov Azad Emil oğlu, onun oğlu 1985-ci tәvәllüdlü Tәrlan Mәmmәdrәsulov vә qızı 1991 -ci il tәvәllüdlü Yeganә Mәmmәdrәsulovdur. Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.

 

Xaçmaz rayon Polis Şöbәsindәn APA -nın yerli bürosuna verilәn mәlumata görә, hadisәni törәtmәkdә şübhәli bilinәn şәxs saxllanılıb. Onun Y. Mәmmәdrәsulovun hәyat yoldaşı olduğu bildirilir.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbәsindә araşdırmalar davam etdirilir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>