Sizin link burada

Qənirə Paşayeva Qazaxıstanın Dövlət Katibi ilə görüşüb

  

Millət vəkili Qənirə Paşayeva Qazaxıstanın Dövlət Katibi Gülşara Abdukalikova ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili görüşdə deyib ki, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da artması sevindirici hadisədir. Ölkələrimizin rəhbərləri cənab İlham Əliyev və Nursultan Nazarbayev arasında olan yüksək dostluq münasibətlərinin və onların rəhbərliyi altında iki qardaş ölkə münasibətlərinin inkişafı istiqamətində görülən önəmli işlər və layihələrdən danışan Q.Paşayeva Azərbaycan parlamentinin də Qazaxıstanla əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini, parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan millət vəkili deyib ki, Azərbaycan və Qazaxıstan parlament üzvləri, Parlamentlərarası Dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində əməkdaşlığı və işbirliyini daha da artırmalıdır.

 

Görüş zamanı millət vəkili Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib. Qazaxıstan Dövlət Katibi Gülşara Abdukalikova hər zaman qardaş Azərbaycanın yanında olduqlarını, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlərdə bundan sonra da daha da artacağına inandıqlarını və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Qazaxıstanın bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını deyib. Q.Paşayeva görüşün sonunda Qazaxıstanın Dövlət Katibi Gülşara Abdukalikovaya Qarabağ həqiqətləri ilə bağlı materialları, filmləri təqdim edib. Millət vəkili həmçinin Qazaxıstanın fəal qadın təşkilatları rəhbərləri ilə də görüşüb, geniş fikir mübadiləsi aparılıb.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>