Sizin link burada

Qəçreşin su təchizatı yaxşılaşdırılır

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. Lent.az-ın məlumatına görə, belə layihələrdən biri də Quba rayonunun Qəçrəş kəndində uğurla başa çatdırılıb.

 

Yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirib, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb: “Son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol layihələri regionların inkişafına böyük təkan verib və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bu istiqamətdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusi qiymətləndirilməlidir. Qəçrəşdə istismara verilən su təchizatı sistemləri kəndin sosial inkişafına böyük töhfədir”.

 

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktorunun birinci müavini Vəli Həsənov bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət Proqramlarına uyğun olaraq regionlarda 43 şəhər və rayon mərkəzində su layihələrinin icrasına başlanılıb və artıq 23 şəhərdə işlər başa çatdırılıb. 2016-cı ildə daha 7 rayon mərkəzində su layihələrinin icrası yekunlaşacaq, eyni zamanda Ağcabədi və Qazax şəhərlərində işlərə başlanılması nəzərdə tutulur. “Azərsu” ASC rayon mərkəzləri ilə yanaşı içməli sudan əziyyət çəkən kəndlərdə də təxirəsalınmaz tədbirlər görür: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq genişmiqyaslı işlər həyata keçirilir. 2013-cü ildə Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi uğurla başa çatdırılıb. Bu gün açılışını etdiyimiz su təchizatı sistemləri turizm zonası kimi tanınan Qəçrəş kəndinin inkişafına müsbət təsirini göstərəcək. “Azərsu” ASC hazırda Masallı rayonunun Muğan bölgəsində yerləşən 5 kəndinin, Yardımlı, Ağsu, İsmayıllı rayonlarının sudan əziyyət çəkən kəndlərində, həmçinin Biləsuvar rayonu və Taxtakörpü ərazisində məskunlaşan məcburi köçkünlərin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr icra edir”.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>