Sizin link burada

Türkiyədə iki səfir işdən çıxarıldı

Türkiyədəki məlum hərbi çevriliş cəhdindən sonra işdən çıxarılma silsiləsinə diplomatlar da qoşulub. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin iki yüksək vəzifəli əməkdaşı Tuncay Babalı və Gürcan Balık işdən çıxarılıb.

 

Bildirilir ki, G.Balık daha əvvəl xarici işlər naziri olmuş Ali Babacan və Əhməd Davudoğlunun müşaviri olub. O daha sonra, Əhməd Davudoğlu tərəfindən xüsusi nümayəndə vəzifəsinə irəli çəkilib.

 

Tuncay Babalı isə uzun müddət Xarici İşlər Nazirliyinin İnsan Qaynaqları Şöbəsinə rəhbərlik edib və daha sonra Kanadaya səfir göndərilib.

LENT

20 İyun 2018

Digər xəbərlər >>>