Sizin link burada

Bəzi yerlərə güclü yağış yağacaq - HƏFTƏNİN İLK İŞ GÜNÜ

İyulun 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeologiya depertamentinə istinadən xəbər verir ki, gecə şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>