Sizin link burada

Kiyevdə dəmiryol vağzalı təxliyə edilir

Ukraynanın paytaxtı Kiyevdə mərkəzi dəmiryol vağzalındakı bütün sərnişinlər təxliyə edilir.

 

APA-nın "Ukrinform" agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən,  evakuasiya vağzalda şübhəli yükün aşkar edilməsi ilə əlaqədar keçirilir.

 

Dəmiryol vağzalına giriş və çıxış bağlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları, yanğınsöndürən və tibb briqadaları cəlb edilib.

 

Qeyd edək ki, iyulun 20-də tanınmış jurnalist Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində ölüb.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>