Sizin link burada

Prezident seçilmək üçün yaş məhdudiyyəti qaldırıla bilər - TƏKLİF

Azərbaycanda prezident seçkilərində iştirak etməklə bağlı yaş məhdudiyyətinin aradan qaldırılması təklif olunur.

 

APA-nın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsində qeyd olunub.

 

Layihədəki təkliflərdən biri də prezidentlik müddətinin “5” ildən “7” ilə qədər artırılması ilə bağlıdır.

 

 

Yeni dəyişiklik layihəsində Azərbaycan Respublikasının Prezidentinə növbədənkənar prezident seçkilərini elan etmək hüququ tanınması da təklif olunur.

 

 

Qeyd edək ki,  Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərilib. 

LENT

18 Yanvar 2018

Digər xəbərlər >>>