Sizin link burada

Azərbaycanda 30 yaşlı qadın uşaqları ilə birgə yoxa çıxıb

 Qusar rayonunda ana və iki azyaşlı övladı itkin düşüb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu Həzrə kənd sakini Alağayev Sərdar Hürmətulla oğlu 22.06.2016-cı ildə ərizə ilə müraciət edərək onunla birlikdə yaşayan həyat yoldaşı 1986-cı il təvəllüdlü Alağayeva Aygün Barəddin qızı, 8 yaşlı yaşlı oğlu Əmrah və 7 yaşlı oğlu Kamranın itkin düşdüyü barədə polisə məlumat verib.

 

Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq tikin düşən şəxslərin yerini müəyyənləşdirmək mümkün olmayıb. Alağayeva Aygün Varəddin qızının əlamətləri: boyu 160 sm, arıq bədən quruluşlu, uzunsifət, saçlarının rəngi qara, gözləri şabalıdı, düz burun, dişləri təbiidir. Xüsusi əlaməti yoxdur. Evdən çıxarkən əynində yaşıl rəngdə şalvar, ağ rəngli qısaqol köynək, ayağında qara rəngli ayaqqabı, əlində qırmı rəngli əl çantası olub.

 

Alağayev Əmrah Sərdar oğlunun əlamətləri: boyu 120 sm, sarı qısa saçları, yumru sifət, gözləri yaşıl, düz burun, dişləri təbiidir. Xüsusi əlaməti yoxdur. Evdən çıxarkən əynində boz rəngində şortik, göy rəngli qısaqol köynək, ayağında qara rəngli ayaqqabı olub.

 

Alağayev Kamran Sərdar oğlunun əlamətləri: oyu 115 sm,qara qısa saçları, uzunsifət, özləri yaşıl, düz burun, dişləri təbiidir. Xüsusi əlaməti yoxdur. Evdən çıxarkən əynində boz rəngində şortik, göy rəngli qısaqol köynək, ayağında qara rəngli ayaqqabı olub.

 

Bu şəxslər barəsində məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28- 35, 385-43- 19, (070) 367 -89-66  və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>