Sizin link burada

Quldurluq edərək pul və telefon aparan şəxsə 10 il 6 ay CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Elşən Vahabzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış zamanı Elşən Vahabzadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Elşən Vahabzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, hadisə bu il Səbail rayonunda baş verib. Səbael RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Bakı şəhər sakini Emil Kərimovun 2030 manatını və mobil telefonunu quldurluq yolu ilə almış Elşən Vahabzadə tutulub. Ona Cinayət Məcəlləsinin 181(quldurluq) maddəsi ilə ittiham verilib.

 

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>