Sizin link burada

Dəkkədə girovlar xilas oldu, terrorçular məhv edildi - YENİLƏNİB

Banqladeş polisi paytaxt Dəkkədə terrorçuların bir neçə nəfəri girov saxladığı restorana hücum edib.

 

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 6 silahlı öldürülüb, 13 girov, o cümlədən 3 əcnəbi azad edilib.

 

Hücum şənbə günü səhər başlayıb. Polis restorana daxil olmaq istəyərkən atəşlə qarşılaşıb. Əməliyyatda ümumilikdə 100 polis iştirak edib. Girovların azad edilməsi zamanı onlar arasında da itki olduğu açıqlanıb.

 

O da bildirilir ki, girovlar arasında restoranın işçiləri ilə yanaşı, Hindistan, İtaliya və Yaponiya vətəndaşları da olub.

 

Polis rəsmiləri “NBC News” telekanalına bildiriblər ki, əməliyyat zamanı bütün terrorçular öldürülüb. Qarşıdurma ümumilikdə 10 saatadək çəkib.

 

***

saat 07:20

 

Banqladeşin paytaxtı Dəkkədə  polis restoranda girov götürülənlərdən azı 10 nəfəri  azad edib, 5 nəfərin öldüyü bildirilir.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan ikisi xarici vətəndaşlardır.

 

Məlumata əsasən, ərazidə bir neçə partlayış baş verib, atışma səsləri eşidilir.

 

Banqladeş polisi girovların azad edilməsi məqsədi ilə xüsusi əməliyyat keçirir. Əməliyyatda 100-dən  xüsusi təyinatlı döyüşçünün iştirak etdiyi bildirilir. İlkin məlumata görə, silahlılarla atışma zamanı 2 polis əməkdaşı ölüb.

 

Xatırladaq ki, ötən axşam Dəkkədə naməlum silahlılar diplomatik məhəllədə yerləşən restorana hücum edib. İnsidentə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.

 

LENT

25 May 2018

Digər xəbərlər >>>