Sizin link burada

Rəis müavinindən maşın bazarındakı yanğınla bağlı AÇIQLAMA - YENİLƏNİB

Bakının Nizami rayonundakı “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi yanıb.

 

APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib.

 

Onun bildirdiyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda böyük sahəyə yayılıb: “Hər bir dükanın arasında arakəsmə yoxdur, iş vaxtı olmadığından piştaxtalar dəmir barmaqlıqlarla bağlı olub, eyni zamanda tezliklə əraziyə çoxlu adam yığıldığına və hər kəs öz əmlakını çıxartmağa cəhd göstərdiyi üçün maneə yaranıb”.

 

R. Xudiyev bildirib ki, yanğın əsasən bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verib.

 

“Bütün çətinliklərə baxmayaraq, yanğının qarşısı alınıb, bazarın 3 min kvadrat metr ərazisindən 930 kvadratmetrini əhatə edən yanğın söndürülüb. Digər ərazilər yanğından mühafizə edilib”.

 

O, yanğının başvermə səbəbinin ekspertlərin araşdırmasından sonra məlum olacağını da qeyd edib.

 

Rəis müavini bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. 

 

***

23:57

 

Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidə  baş verən yanğın tam söndürülüb.

 

APA-nın məlumatına görə,  FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə hadisə yerinə  baxış keçirilib. 

 

Məlumata görə, yanğının miqyası ilə bağlı açıqlama veriləcək.

 

Hazırda, yanmış mağazaların sahibləri yanğından xilas edə bildikləri mallarını digər mağazalara yerləşdirirlər.

 

Qeyd edək ki, yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.

***

21:57

 

Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.

 

Əlavə maşınlar da yoldadır.

 

Bu barədə APA-ya hadisə yerindəki operativ qərargahdan bildirilib.   

 

 

***** 21.57

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

 

Məlumata görə, Bakının Nizami rayonundakı “Maşın bazarı” ərazisində mağazalardan birində yanğın baş verib.

 

Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub.

 

Yanğınsöndürmə işləri davam etdirilir. 

***

21:31

Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb.

 

APA-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Hadisə yerinə FHN-nin Xətai və Nizami rayon Dövlət Yanğından Mühafizə hissələrinin ona yaxın maşını cəlb olunub. 
 
Məlumata görə, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb.  Hadisə yerində FHN  qərargah yaradılıb.  Sahibkarlar mallarını mağazalardan çıxarmağa cəhd edirlər.
 
 

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. 

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>