Sizin link burada

"Azərbaycan terrorizmi qəti şəkildə pisləyir" - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də gecə saatlarında İstanbulun Atatürk hava limanında törədilmiş qanlı terror aktlarını kəskin şəkildə pisləyib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəsmi Bakı terror aktını lənətləyən bəyanat yayıb:

 

"Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

 

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir".

 

Qeyd edək ki, terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər isə yaralanıb.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>