Sizin link burada

Lənkəranda 21 yaşlı piyadanı maşın vurdu

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 26-da saat 22.30 radələrində Ələt-Astara magistralının rayonun Parakənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Lada Priora” markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Parakənd qəsəbə sakini, 21 yaşlı Coşqun Mustafazadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Mustafazadə sürücü tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti stabil qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>