Sizin link burada

Dağıstanda 5 OMON-çu həlak oldu

Dağıstanda keçirilən iki xüsusi əməliyyat zamanı xüsusi təyinatlı dəstənin 5 əməkdaşı həlak olub, 3-ü isə yaralanıb.

 

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə respublikanın güc strukturundakı mənbə bildirib.

 

"Döyüş zamanı ağır yaralanan əməkdaşımız bu gün vəfat edib. Beləliklə, xüsusi əməliyyat zamanı tərəfimizdən ölənlərin sayı 5-ə çatdı. Üç yaralımız var, onların həyatlarına təhlükə yoxdur”, məndə bildirib.

 

Qeyd edək ki, Dağıstanda xüsusi əməliyyatlar nəticəsində, həmçinin 10 silahlı öldürülüb. Onların şəxsiyyətlərinin müəyyən olunması üzrə iş aparıldığı bildirilir.

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>