Sizin link burada

Tanınmış meyxanaçı qəzaya düşdü - Hacıqabulda

Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

 

Toyota Sequoia” markalı "10 KC 011" dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.

 

Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.  

 

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>