Sizin link burada

Azərbaycanda dəhşətli olay: telefonla danışarkən ildırım vurub öldürdü

Cəlilabadda bədbəxt hadisə baş verib.

 

APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Cəfərxanlı kənd sakini, 33 yaşlı Zahid Ədalət oğlu Əhmədov ötən gün axşam saatlarında əkin sahəsində mobil telefonla danışarkən onu ildırım vurub.

 

Hadisə yerindəcə dünyasını dəyişmiş mərhum bu gün dəfn olunub.

 

Z.Əhmədov 3 uşaq atası olub. Faktla bağlı araşdırma aparılır.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>