İŞİD-də döyüşən azərbaycanlılara 26 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elşən İsmayılov və Mirrahim Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə E.İsmayılov 15 il və M.Abdullayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.İsmayılov və M.Abdullayev bir qrup şəxslərlə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD-in) tərkibində vuruşublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) və digər maddələrə əsasən ittiham olunublar.

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>