Sizin link burada

Dələduzluq edən maşın alverçisinə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəfər Sofiyevin cinayət işi üzrə məhkəmə prosesi baş çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Zəfər Sofiyev 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Zəfər Sofiyev maşın alqı- satqısı ilə məşğul olub. Zərərçəkən şəxs öz avtomobilini satmaq üçün Zəfər Sofiyevə verib. Zəfər Sofiyev həmin avtomobili satsa da zərərçəkənin pulunu verməyib. Zərərçəkən polisə şikayət edib və ona dəymiş ziyan kimi 10 min manatı tələb edib. Polis əməkdaşların əməliyyat axtarış tədbirləri nəticəsində Zəfər Sofiyeb saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. Məhkəmə istintaqı dövründən Zəfər Sofiyev zərərçəkənin 2 min manatını qaytarıb.

LENT

23 May 2018

Digər xəbərlər >>>