Sizin link burada

Paytaxtın bu yoluna giriş məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Xocahəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar (asfalt-beton örtüyünün dağılmış hissələrinin təmiri) bu gündən etibarən bir-neçə gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

 

Bu barədə Lent.az-a  “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən xəbər verilib. Məlumatda bildirilir ki, sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyə olunur.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>