Sizin link burada

Silahlı Qüvvələrin orkestrləri Bakının mərkəzində

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunacaq. Lent.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:

- Dənizkənarı Milli Park;

- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin qarşısı;

- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;

- Zərifə Əliyeva adına park;

- Zabitlər parkı;

- Fəvvarələr meydanı.

Eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılıb.

LENT

23 May 2018

Digər xəbərlər >>>