Sizin link burada

Evdən 46 min manatlıq qızıl oğurlanıb

Abşeronda mənzildən külli miqdarda qızıl oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də rayon sakini Nazim Muxtarova məxsus evdən 46000 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerliləri Bəxtiyar Cəbrayılov və İbrahim Cəbrayılov tutulub.

 

Araşdırma aparılır.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>