Sizin link burada

Bakıda törədilmiş müəmmalı qətlin üstü açıldı - YENİLƏNİB

Mayın 2-də Bakı şəhərinin Yasamal rayonunda törədilmiş qətl hadisəsinin üstü çılıb. Lent.az-ın məlumatına görə, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Əliyev küçəsi 217 üncanındakı evdə 41 yaşlı Mirzə Hüseynovu bıçaqlayaraq qətlə yetirmiş şəxsin 1988-ci il təvəllüdlü Cavadov Elçin Mirheydər oğlu olması müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

 

Bildirilir ki, qətlə yetirilən şəxs keçmiş məhkumdur və narkotik vasitə aludəçisi olub. Hadisəni törədən E.Cavadov da narkotik istifadəçisidir və hadisə baş verən gün M.Hüseynovun evinə gələrək narkotik istəyib. Bu zaman onların arasında münaqişə yaranıb.

 

E.Cavadov tanışını söyüşə görə öldürdüyünü bildirib.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

*****

 

2 may

 

Bakıda qətl törədilib.

 

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, Vasif Əliyev küçəsindəki 217 saylı evdə baş verib.

 

Əvvəllər məhkum olunmuş 41 yaşlı Mirzə Hüseynovun meyiti tək yaşadığı evdə aşkarlanıb. Meyiti qonşular tapıblar və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb. Meyit müainə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

 

Qeyd edək ki, 41 yaşlı Mirzə Hüseynov Masallı rayon sakinidir. Qohumlarının APA-ya verdikləri məlumata görə, Mirzə Hüseynovun tək yaşadığı evdə kim tərəfindən qətlə yetirildiyi məlum deyil. Onun əvvəldən kimlərləsə ədavətinin olduğu ehtimal edilir.

 

Yasamal rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>