Alimlər üçün yeni imkan

 

 “Thomson Reuters” Agentliyinin “Web of Science”   platformasının bazasına nəinki universitetlərdə çalışan, eyni zamanda AMEA-nın alimləri də çıxış əldə edə biləcəklər.

 

Doğrusu, bu xəbər elm-təhsil cameəsi üçün günün, həftənin, ayın ən vacib manşet başlığına layiqdir. Niyə? Ona görə ki, dünyada ölkələri artıq çoxdandır ki, hərbi arsenalına görə deyil, innovasiya potensialına, beyin məhsulları yaratmaq gücünə görə qiymətləndirirlər. Ona görə də alimin elmi nəticəsi həmin impakt faktorlu jurnallarda çap olunmalıdır. Məhz buna görə də Təhsil Nazirliyi həqiqi alim üçün sonsuz dərəcədə əhəmiyyətli olan addımı atıb. Birinci növbədə universitetlərdə çalışan alimlər üçün dünyanın ən mötəbər elmi platformasına “Tomson Röyters” agentliyinin “Web of sciense” platformasına çıxış imkanı yaradıb. İkinci yaxşı xəbər ondan ibarətdir ki, təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ötən həftəki toplantısında akademiyanın  kitabxanasına “Web of Science” platformasının bazasına çıxış imkanının veriləcəyini elan edib.

 

Maraq üçün deyim ki, elmi nəticələrin dünyanın nüfuzlu jurnallarında çap olunma mövqeyinə görə biz heç də arzu olunan yerdə deyilik. Bunun üçün dünya ölkələrinin elmi nəticələrinə görə reytinqini ölçən aşağıdakı saytda bir çox məqamları görmək olar.

(http://www.scimagojr.com/countryrank.php?area=0&category=0&region=all&year=all&order=it&min=0&min_type=it).

Gəlin birlikdə baxaq. 1996-2014-cü illər arasında çap olunan elmi məqalələrin sayına görə Azərbaycan dünyada 90-cı yerdədir. Aşağıda təsvir olunan cədvəldə elmi nəticələrin çap olunma statistikasında 3 ölkənin müqayisəsi təsvir olunub- Azərbaycan, Gürcüstan və İsrail.

 

 

Eastern Europe

Azerbaijan

Georgia

Israel

1996

69,604

248

244

10,317

1997

71,709

233

286

10,726

1998

73,315

204

271

10,475

1999

72,699

196

309

10,591

2000

75,284

191

311

11,267

2001

77,973

175

307

11,077

2002

80,545

284

301

11,549

2003

87,066

342

307

13,247

2004

96,139

438

451

14,099

2005

108,047

434

503

14,787

2006

106,905

379

560

15,596

2007

114,426

501

484

16,178

2008

126,559

583

546

16,487

2009

134,855

777

673

16,848

2010

143,120

808

635

17,145

2011

154,760

911

890

17,801

2012

162,302

1,011

960

18,523

2013

168,070

739

936

18,251

2014

164,957

594

847

17,388

 

Mənbə:http://www.scimagojr.com/compare.php?c1=Eastern+Europe&c2=AZ&c3=GE&c4=IL&area=0&category=0&in=it

 

Hansı səbəbdənsə 2012-ci ildə  biz daha çox xaricdəki elmi jurnallarda çap olunmuşuq, nəinki 2014-cü ildə. Digər bir məqam. Həmin mənbəyə istinadən aşağıda təqdim olunan digər bir diaqramda 3 ölkə ilə analoji müqayisədə (H) təsir faktoruna görə (bu göstərici keyfiyyəti ölçür) göstəricimiz heç də ürəkaçan deyil.

 Bütün bunlar, yaxın və uzaq ölkələrlə  müqayisə etmədiyim digər göstəricilər üzrə biz elmi nailiyyətlərimizi artırmaq istəyiriksə, dünyanın nüfuzlu elmi dərgilərində çap olunmalıyıq. Elm nəticədir. Nəticəni isə bu cür jurnallar müəyyənləşdirir.

 

LENT

24 Fevral 2017

Digər xəbərlər >>>