Sizin link burada

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Aprel

GÜNÜN ŞƏRHİ

 

Varşava sammiti yaxınlaşdıqca NATO-nun sıralarının genişlənəcəyi mövzusu ciddi manipulyasiya vasitəsinə çevrilib. Alyansın yeni üzvlüyünə namizədlər sırasında Xorvatiya, Ukrayna, Gürcüstan, Finlandiya və İsveçin adı çəkilir. Baxmayaraq ki, sonuncu iki ölkə alyansa üzv olmaq istədiklərini ümumiyyətlə bəyan etməyiblər. Finlandiyada ölkənin NATO-ya üzvlüyünü təbliğ edənlər ciddi basqı altındadır, zamanında bu tip fəaliyyət Vətənə xəyanətə bərabər tutulub. İsveçdə də analoji durumdur, hakimiyyətdə olan qüvvələr ölkənin NATO-ya üzvlüyünün məqbul saymırlar, lakin müxalifətdən bu istiqamətdə çağırışlar ildən ilə artır. Elə sosioloji sorğular da İsveç cəmiyyətində NATO tərəfdarlarının sayının zamanla artdığını göstərir. Bu kimi meyllər təbii ki hər cəmiyyətdə var, amma Şimali Atlantika bloku hər kəsin istəyi ilə qoşula biləcəyi kübar klublarından deyil. Üzvlüklə bağlı ciddi prosedurlar var və bu prosedurları tamamlayacaq ölkələrin NATO sıralarına qoşulması üçün müraciətləri gündəliyə daxil edilir. Maraqlı məqam adı alyansın gələcək üzvləri arasında hallanan ölkələrə Rusiyanın münasibətindədir. Elə bu günlərdə rəsmi Moskvanın "İsveçin NATO-ya üzvlüyünə yol verməyəcəyik" tipli bəyanatı Stokholmda narazılıq doğurub. İsveç hökumətinin başçısı ölkənin gündəmində belə bir məsələnin olmadığını xatırladıb və əlavə edib ki, "İsveç NATO-ya üzv olmaq istəsə belə, bu barədə Rusiyanın fikrini soruşmayacaq". Mahiyyət belədir, Rusiya NATO-nun genişlənməsini özü üçün ən böyük təhdidlərdən sayır və bunun qarşısını almaq üçün hər varianta əl atır. Bəzi ölkələrin NATO-ya can atmasının əsl səbəbi də Rusiyanın bu davranışıdır. Digər səbəb isə ölkənin təcavüzdən qorunacağına ömürlük qarantiya almaqdır. Belə düşünən dövlətlər Polşanı örnək götürürlər. Polyaklar NATO sıralarına qoşulmaqla dayanmayıb, həm də alyansın Rusiya siyasətində ən önəmli rol oynamağa başlayıblar. Rusiya-Polşa münasibətlərinin tarixinə nəzər saldıqda Varşavanı haqlı çıxaracaq məqamlar kifayət qədərdir. Polşa nümunəsi hər kəsi bir daha düşünməyə vadar edir və dairə burada qapanır.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>