(R) "Azərbaycan DECOREXPO" sərgisinin açılışı keçirilib

 

28 aprel tarixində Bakı Ekspo Sərgi Mərkəzində "Azərbaycan DECOREXPO" sərgisinin açılışı keçirilib.

 

Açılışda Türkiyə-Azərbaycan ticarət birliyinin nümayəndəsi Ahmet Аtаker, Azərbaycan Memarlar İttifaqı sədrinin müavini Elçin Əliyev, Elan Expo  Azərbaycandakı partnyoru İlkin Abdıyev və Sərginin rəhbəri Doğan Şahin çıxış etmişdilər. Çıxışda iştirak edən nümayəndələr qonaqları salamlamış və sərgi iştirakçılarına uğurlu iş arzulamışdırlar. Açılışdan sonra fəxri qonaqlar sərgi üzrə VİP  tur ediblər.

 

Sərgidə 50-dən çox beynəlxalq brendin, Türkiyə, Polşa, Belçika, Fransa, İspaniya, Rusiya, İsveçrə, Böyük Britaniya,Hindistan və  Azərbaycandan olan eksklüziv iştirakçıları təqdim olur.

 

Bu mühüm hadisə mebel və ev dekorasiyası bazarının bütün seqmentlərini əhatə etməklə sizin eviniz, bağınız və ofisiniz üçün uyğun olan əlverişli qiymətlərlə geniş çeşiddə ev mebeli (yataq otağı, qonaq otağı, yemək otağı, uşaq otağı və gənc otağı, mətbəx və vanna otağı mebeli), ofis mebeli, bağ mebeli, eləcə də bəzək materialları, aksesuarlar, məişət malları və üzlük parçalar, xalçalar, masa örtükləri və digər bu kimi ev tekstili məhsullarını nümayiş etdirir.

 

Sərginin iştirakçısı olun və lotereyada iştirak edin. Sərgini ziyarət edən hər bir qonaq avtomatik olaraq lotereyanın iştirakçısına çevrilir və Türkiyədə pulsuz istirahət udmaq şansı qazanır. Uduş sərgidə keçiriləcək.

 

Sərgi aprelin 30-u daxil olmaqla, daha iki gün davam edəcək. Hər saat ziyarətçilər üçün pulsuz avtobuslar təşkil olunub,avtobuslar Nəriman Nərimanov metro stansiyasının yaxınlığından işləyirlər.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>