Sizin link burada

3 yaşlı uşaq hündürlükdən yıxılaraq ölüb - Neftçalada

 

 

Neftçala və Salyan rayonlarında bədbəxt hadisə baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Xolqarabucaq kənd sakini, 2013-cü il təvəllüdlü Həsənli Mətləb Ramil oğlu fərdi yaşayış evində hündürlükdən yıxılaraq ölüb.

 

Digər hadisə isə Salyan rayonunun Bratmangəncəli kəndində qeydə alınıb. Həmin kəndin sakini 50 yaşlı Əliyeva Yaqut Cəfərqulu qızı elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>