Sizin link burada

Qlobal həmrəylik ayı - BMT-nin Bakı Forumunda YENİ TƏKLİF

“İnsanlar müxtəlif hüquqlarından məhrum olur, yoxsulluqdan əziyyət çəkir. İqlim dəyişikliyi, münaqişələr insanlar üçün ciddi problemlər yaradır, miqrasiyaya səbəb olur”.

 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Malta prezidenti Marie Louise Coleiro Preca söyləyib.

 

M.  Preca qlobal həmrəylik ayı elan etməyi təklif edib: “Biz zorakı ekstremizmə qarşı uzunmüddətli strategiyalar hazırlamağa çağırmalıyıq. Cəmiyyətdən təcrid olanları artıq kənarda saxlamamalıyıq, onlara əl uzatmalıyıq. Sülhə, tolerantlığa, müxtəlifliyə rəğbət bəsləyən prinsipləri əsas götürməliyik. Təhsil sahəsində də bu addımlar atılmalıdır. Biz növbəti humanitar fəlakətə imkan verməməliyik. Mən Aralıq dənizində yaşananları nəzərdə tuturam. Biz artıq tədbirlər görməliyik. Münaqişələr bizim sülh mədəniyyətinin formalaşmasına kömək etmir. Beynəlxalq miqrasiyanın mürəkkəbliyi artır, hökumətlər miqrasiya problemlərinin həlli, inklüzivlik sahəsində addımlar atmalıdır”.

 

Malta prezidenti  qeyd edib ki, qadınların cəmiyyətdə, dünyada rolu unudulmamalıdır: “Qadınlar çox zaman zorakı münaqişələrin qurbanı olsalar da, onlar həm də sülhün qurucuları ola bilər. Sosial inklüzivlik böyük əhəmiyyət daşıyır, dünyamızın transformasiyasına çalışmalıyıq. Sosial zorakılıqdan can qurtarmalıyıq, sosial inklüzivliyin katalizatoru olmalıyıq”.

 

Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev isə çox keşməkeşli bir dövrdə yaşadığımızı söyləyib: “Biz qlobal təhdidlərə qarşı mübarizə aparmalıyıq. Anlamalıyıq ki, yeni müharibələrdə qaliblər olmur. Konstruktiv danışıqlarla bütün münaqişələrə son qoyulmalıdır. Hərbi blokların qarşısını almağa çalışmalıyıq. BMT-nin Sivilizasiyalar Alyansının oynayacağı çox mühüm vəzifələr var. Biz insanların vahid mövqedən çıxış etməsini istəyirik. Mədəniyyətlərin yanaşı yaşaması mühümdür. Qazaxıstan da bir çox etnik qrupların vətənidir, biz mədəni müxtəlifliyin qorunub saxlanılmasının tərəfdarıyıq. Qazax milləti müxtəlif dövrlərdə deportasiyaya məruz qalıb. Ancaq hesab edirik ki, bizim xalq etnik qruplar arasında həmrəyliyin yaxşı nümunəsi ola bilər. Etimadın, qarşılıqlı ünsiyyətin zəifləməsi qarşılaşdığımız əsas problemlərdəndir. Biz yeni baxışlardan çıxış etməliyik ki, hər hansı toqquşmaların aradan qaldırılmasına nail olaq. İstəyirik ki, bundan sonra da ekstremizmə qarşı daha qətiyyətlə mübarizə aparaq. Atdığımız addımlar qanuna əsaslanmalıdır. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2003-cü ildən Astanada din xadimlərinin ənənəvi görüşü təşkil olunur. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə dünya dini liderlərinin Bakıda görüşü keçirilib. Qazaxıstan mayın 30-da terrorçuluğa qarşı din mövzusunda tədbir keçirəcək. İnanıram ki, bugünkü Forumda da sülhün bərqərar olunmasına töhfə verəcək qərarlar qəbul ediləcək. Müzakirələr zamanı ortaya çıxan suallara birgə cavablar axtarmalıyıq”.

 

 

Belarus Nazirlər Kabinetinin sədri Mixail Myasnikoviç isə bildirib ki, bu gün dünya müxtəlif maneələrlə üzləşib: “Dialoq əvəzinə sanksiyalar, zorakılıq meyllər müşahidə edilir. Alyans sivilizasiyaların yaxınlaşmasında mühüm rol oynaya bilər. Bu gün Belarusun hər hansı ölkə ilə ərazi münaqişəsi, mübahisəsi yoxdur, çoxlu sayda xalqlar ölkəmizdə mehriban yaşayırlar. Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada problemlərin həllində aktiv iştirak edir. Bu gün Belarusda Çernobıl qəzasının 30 illiyi qeyd edilir. Bu texnogen qəzanın nəticəsinin aradan qaldırılması gələcəkdə də diqqət mərkəzində olmalıdır. Belarus Yaponiyada Fukusima Atom Elektrik Stansiyasında qəza baş verən zaman da öz dəstəyini əsirgəmədi”.

 

M. Myasnikoviç bildirib ki, Lukaşenko Avrora İttifaqı və Avrasiya İttifaqı arasında inteqrasiya təşəbbüsü ilə çıxış edib: “Biz inteqrasiya sahəsində parlamentlərarası əməkdaşlığı da önəmli hesab edirik. İnanırıq ki, Alyansın tribunası da siyasi xarakterli bəyanatlardan uzaq olacaq”.

 

Qətərin baş nazirinin müavini Əhməd bin Abdulla Əl Mahmud isə bildirib ki, ölkəsinin məqsədi təhlükəsiz, çiçəklənən cəmiyyətin qurulmasıdır. “Dialoqun, sülhün təşəkkül tapmasının tərəfdarıyıq. Beləliklə inklüziv cəmiyyətin qurulmasına nail ola bilərik. Müasir dövrdə sivilizasiyalar arasında dialoqun qurulması üçün mənfi stereotiplərin aradan qaldırılması üçün mübarizə aparmalıyıq. Əgər biz lazımi addımlar atmasaq, xalqlar arasında etimad daha da zəifləyəcək. Biz bu halda islamı terrorla bağlayan dairələrin də qarşısını ala bilərik. Söhbət terrorçuluqdan gedirsə, onun sosial, dini kökü ola bilməz. Terrorçuluq nəinki Orta Şərqdə, Qərbdə və Şimalda da özündə təhdid ehtiva edir. Əgər insan başqa bir insanı məhv edirsə, deməli, bütün bəşəriyyətə hücum çəkmiş olur. Ona görə də inklüzivlik bizə çoxdan gözlədiyimiz dəyərləri gətirə bilər. İslam dünyası ilə Qərb dünyası arasında münasibətlərin tənzimlənməsi elə bir konteksti formalaşdırır ki, bu, ekstremistlər tərəfindən istifadə edilir. Qətər hökuməti Alyansın fəaliyyəti ilə bağlı atılacaq addımları qəbul edir. Bu addımlar atılan halda mədəniyyətlər arasında körpü salına bilər. Qətər həm də mətbuat azadlığına dəstək verən ölkədir, terrorizmə qarşı mübarizədə fəal iştirak edir. Hamımızın üzərinə düşəni ümumi öhdəlik odur ki, birgə çalışmalıyıq. Sülhsevər cəmiyyətin qurulmasına, insanlara hörmətlə münasibətlərin bəslənməsinə çalışmalıyıq. Dünya bir kəndə bənzəyir, əl-ələ verərək birgə yaşamalı, sülhü təmin etməliyik. Qətər dövlətinin Bakı Bəyannaməsinə dəstək verdiyini bəyan edirəm”.

LENT

20 İyun 2018
19 İyun 2018

Digər xəbərlər >>>