Sizin link burada

“Azərbaycan dünyada dialoqun və tolerantlığın inkişafına həmişə sadiq qalıb" - BMT nümayəndəsi

 

"Azərbaycan mədəniyyətlərarası inteqrasiya yolu ilə dünyada dialoqun və tolerantlığın inkişaf etdirilməsi ənənəsinə hər zaman sadiq qalıb".

 

APA-nın məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri Muzey Mərkəzində keçirilən sərgidə jurnalistlərin sualına cavabında bildirib. O deyib ki, BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdən məmnundur: "Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edir və biz bunu yüksək qiymətləndiririk. Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və tolerantlığın inkişaf etdirilməsi kimi vacib bir işə mühüm töhfə verir".

LENT

23 May 2018

Digər xəbərlər >>>