Sizin link burada

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının ilk iclası keçiriləcək

 

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının ilk iclası keçiriləcək.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclas aprelin 21-də baş tutacaq.

 

Xatırladaq ki, Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov təyin ediliblər.

Prezidentin sərəncamı ilə Direktorlar Şurasının ictimai əsaslarla fəaliyyət göstərəcək digər üzvləri isə Kamil Aydazadə ( Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor), Ceyhun Bayramov (təhsil nazirinin müavini), Niyazi Hacıyev (Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini, general-leytenant),  Fariz İsmayılzadədir (ADA Universitetinin prorektoru).  

 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>