Sizin link burada

KİV: Azərbaycan neft hasilatını donduracaq

Azərbaycan neft hasilatının dondurulması üzrə təşəbbüsə qoşulmağı planlayaraq, aprelin 17-də Dohada keçiriləcək neft hasilatçısı ölkələrin görüşündə iştirak edəcək. Virtualaz.org xəbər verir ki, bu barədə «RİA Novosti» agentliyi görüşə hazırlıq prosesi ilə tanış mənbəyə istinadən bildirib.

 

«İştirak edəcək, təşəbbüsü dəstəkləməyi planlaşdırır», - Azərbaycanın mövqeyi barədə suala cavab verən agentliyin həmsöhbəti bildirib.

 

Fevralın 16-da Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela Dohada keçirilmiş görüşdə neftin dünya qiymətlərini dəstəkləmək məqsədilə hasilat həcmini 2016-cı ilin yanvar ayının səviyyəsində saxlamaq barədə razılığa gəliblər, bir şərtlə ki, digər hasilatçılar da bu təşəbbüsə qoşulsunlar. OPEK üzvü olan və olmayan ölkələrin hasilat həcminin donddurulması məsələsini müzakirə etmək üçün görüşü aprelin 17-də yenə də Qətərin paytaxtında baş tutmalıdır.

LENT

25 May 2018

Digər xəbərlər >>>