Sizin link burada

İğdırda Ermənistan sərhədinin qarşısında Azərbaycana dəstək mitinqi keçiriləcək

Sabah Türkiyənin İğdır vilayətində Azərbaycana dəstək mitinqi keçiriləcək. Bu barədə APA TV-yə “Güvən” qəzetinin sahibi  İsmayıl Aras məlumat verib.

 

Onun sözlərinə görə, saat 14:00-də mitinq Türkiyə-Ermənistan sərhədində yerləşən Əlican sərhəd-keçid məntəqəsinin qarşısında baş tutacaq. Mitinqdə Türkiyə-Azərbaycan Dostluq Federasiyaları Dərnəyinin başçısının müavini Sərdar Ünsal mətbuata açıqlama verəcək.

 

“Açıqlamada Ermənistanın işğalçı hərəkəti qınanacaq, Azərbaycana dəstək veriləcək.  Daha sonra oraya toplanan insanlara Azərbaycan, Qarabağ həqiqətləri haqqında bilgilər veriləcək. Hazırda İğdırda bu işlərlə məşğul olurlar. Sosial mediada insanlar mitinqə dəvət olunur. Təxminən 5-10 min insan gələ bilər”.

 

İsmayıl Aras bildirib ki, mitinq iştirakçıları səhər saat 12-dən İğdırın mərkəzindən Əlican sərhəd-keçid məntəqəsinin qarşısındakı əraziyə avtobuslarla və şəxsi avtomobillərlə  gedəcəklər. Qeyd edək ki, sərhəd-keçid məntəqəsi şəhər mərkəzindən 22 kilometr uzaqda yerləşir. Mitinq keçirmək üçün müvafiq qurumlardan icazə alınıb.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>