Sizin link burada

ABŞ-ın ən iri ikinci neft kompleksi yanır

Bakı-APA. ABŞ-ın ən iri ikinci neft-kimya və neft emalı kompleksində güclü yanğın baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident “ExxonMobil” neft şirkətinin Texas ştatı Beytaun şəhərində yerləşən zavodunda baş verib.

 

Yayılmış görüntülərə əsasən, istehsal obyektlərindən birini əhatə edən yanğının hündürlüyü 10 metrə çatıb. Hadisə yerinə cəlb olunan çoxlu sayda yanğınsöndürmə briqadası yanğının digər binalara keçməsinin qarşısını alırlar.

 

Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri barədə məlumat verilmir. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>