Sizin link burada

Aİ-də sığınacağı federal agentlik verəcək

Avropa İttifaqında sığınacaq hüququnun verilməsi ilə bağlı bütün məsələlərlə məşğul olacaq federal agentlik yaradılacaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq təklif bu gün Avropa Komissiyası tərəfindən təqdim ediləcək.   

 

Bu addımın atılması onunla əlaqələndirilib ki, miqrasiya böhranı hələ yaxın bir neçə onilliklər ərzində Avropa üçün ən əsas problemlərdən biri olacaq. Avropa Komissiyası qeyd olunan təşəbbüsü aprelin 6-da Aİ Şurası və Avroparlamentə təqdim edəcək, lakin, yekun qərar bu ilin mayında qəbul olunacaq.    

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>