Sizin link burada

Qazaxıstandan Qarabağdakı vəziyyətlə bağlı BƏYANAT

Qazaxıstan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat yayıb.

 

APA-nın “Novosti-Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstan XİN atəşkəs rejiminin pozulması və dinc insan itkiləri ilə bağlı dərin narahatlığını ifadə edib. BəyanatdaDağlıq Qarabağ münaqişəsi ətrafındakı situasiyanın diqqətlə izlənildiyi qeyd olunur və tərəflər təmkinli olmağa, atəşkəs rejiminə əməl etməyə çağırılır. Rəsmi Astana ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyi, münaqişənin yalnız sülh yolu ilə həllinə tərəfdar olmasına dair mövqeyini təsdiqlədiyini vurğulayır. Bəyanatda  Qazaxıstanın Dağlıq Qarabağ probleminin qarşılıqlı kompromislər əsasında həlli yönündə axtarışların intensivləşməsini istədiyi, tərəflərin münaqişənin həllinə konstruktiv əhval-ruhiyyədə yanaşacağına inam da əksini tapıb.

 

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>