Sizin link burada

Xalq şairinin ayağı kəsilib

 

Azərbaycan xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib, onun bir ayağı amputasiya edilib.

 

Lent.az "Report"a istinadən xəbər verir ki, bu barədə AYB sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

 

R.Aslanov şairin hazırda reanimasiya şöbəsində olduğunu deyib: "Görkəmli xalq şairimiz Söhrab Tahirin vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, şair xəstəxanaya yerləşdirilib. Martın 30-da Söhrab Tahirin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat nəticəsində onun bir ayağı dizdən yuxarı amputasiya edilib. Ağır əməliyyat keçirən şairin vəziyyəti hazırda qənaətbəxşdir".

 

Qeyd edək ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>