Sizin link burada

Prezident Dövlət Mükafatları Komissiyasının yeni tərkibini TƏSDİQ ETDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası aşağıdakı yeni tərkibi təsdiq edilib:

 

Komissiyanın sədri

 

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

 

Komissiyanın üzvləri

 

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

 

Abbas Ələsgərov – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

 

Arif Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri

 

İsmayıl Sadıqov – Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri

 

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

 

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

 

Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi

 

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

 

Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru

 

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

 

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

 

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

 

Altay Hacıyev – xalq rəssamı

 

Arif Məlikov – xalq artisti

 

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

 

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

 

Mövlud Süleymanlı – xalq yazıçısı

 

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

 

2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1515) 1-ci hissəsi ləğv edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>