Sizin link burada

Azərbaycan prezidenti banqladeşli həmkarını təbrik edib

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidenti Md. Əbdül Həmidə təbrik məktubu yollayıb. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına sülh və firavanlıq diləyirəm”.

 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>