Sizin link burada

Şoumen Kamran Həsənli barədə cinayət işi başlanıb - RƏSMİ - YENİLƏNİB

 

Teleaparıcı Kamran Həsənli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, K. Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir.

 

Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib.

 

**

14:44

Şoumen Kamran Həsənli barəsində dələduzluq maddəsi ilə cinayət işi açılması xəbərindən danışıb. Lent.az-a açıqlama verən aparıcı bildirib ki, bu xəbər yalnışdır: “Mənə heç bir cinayət işi açılmayıb. Daha ətraflı açıqlamam isə yaxın günlərdə olacaq”.


Şoumen Kamran Həsənli barəsində dələduzluq maddəsi ilə cinayət işi açılması xəbəri axsam.az saytında dərc olunub. Xəbərdə bildirilir ki, məlumatı hüquqşünas Ruslan Əhmədoğlu verib. Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.


Faktla bağlı Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb. 

LENT

20 Fevral 2018
19 Fevral 2018

Digər xəbərlər >>>