Sizin link burada

47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Şəki Məhkəmə Kompleksində bədbəxt hadisə baş verib.

 

Hüquq mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 3-ü axşam saat 19 radələrində Oğuz rayonu Bacaq kənd sakini, 1969-cu il təvəllüdlü Füzuli Məhəmməd oğlu Hacıməmmədovu Şəki Məhkəmə Kompleksinin həyətində elektrik cərəyanı vurub.

 

47 yaşlı F. Hacıməmmədov hadisə yerində keçinib.

 

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır. 

LENT

20 İyun 2018

Digər xəbərlər >>>