Tramp 4 ştatda qalib gəldi

ABŞ prezidentliyinə Respublikaçılar partiyasının namizədi, milyardçı  Donald Tramp Massaçusets, Alabama və Tennesi ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.

 

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.

 

Bildirilir ki, D.Tramp həmçinin Corciya ştatında da partiyadaşlarını qabaqlayıb.

 

Beləliklə, D.Tramp 11 ştatdan 4-də qələbə qazanıb. Onun rəqibi Ted Kruz Oklahoma ştatında 5% çox səs toplaya bilib.

 

Qeyd edək ki, “Böyük çərşənbə axşamı” ABŞ-da seçkiqabağı kampaniyanın mühüm mərhələlərindən biri hesab edilir.

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>