Sizin link burada

Qızıl, pul və... kartof oğuruları həbs edildi

Azərbaycanın ayrı-ayrı bölgələrində baş vermiş müxtəlif oğurluq hadisələrinin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Bakı şəhər sakini Turan Seyidova məxsus evdən içərisində 45000 ABŞ dolları olan seyfi oğurlamış Yaşar Məmmədov tutulub.

 

Bundan başqa Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 28-də Rüfət Abbasovun evindən qızıl və məişət əşyaları oğurlamış Bakı şəhər sakini Amir Rəcəbəliyev saxlanılıb.

 

Daha bir oğurluq faktının üstünü isə Xətai RPİ 37-ci PB əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində açıblar. Belə ki, fevralın 24-də Elşən Ağayevə məxsus evdən 15000 ABŞ dolları oğurlamış Göygöl rayon sakini Səftər Məmmədov tutulub.

 

 

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 16-da rayon sakini Mahir Niftiyevə məxsus 2 ton kartofu oğurlamış həmyerlisi Habil Abdalzadə saxlanılıb.  

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>