Sizin link burada

İlhamə Quliyevanın meyitinin ekpertiza nəticəsi məlum oldu - RƏSMİ

Xalq artistinin nəşi üzərində aparılan ekspertizanın nəticələri açıqlanıb

 

 Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İlhamə Quliyeva hipertaniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranı pozğunluğundan vəfat edib.

 

 

**

16:58

Xalq artisti İlhamə Quliyevanın nəşi yuyulmaq üçün Təzə Pir məscidinə aparılıb. Bu barədə Lent.az-a İ. Quliyevanın qohumu müğənni Əli Mirəliyev məlumat verib:

 

"Hazırda yoldayıq, İlhamə xanımın nəşini Təzə Pir məscidinə aparırıq".

 

Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri də məlum olub. Lent.az-ın “Report”-a istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.

Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

 

LENT

20 İyul 2018

Digər xəbərlər >>>