Sizin link burada

İŞİD əsirliyində olan qız: “Həyat həqiqətən çox çətin idi”

 

İŞİD-in əsirliyindən canını qurtaran 16 yaşlı isveçli qız  əsirlik həyatını anladıb.

 

Lent.az-ın Lenta.ru-a istinadən məlumatına görə, adı məxfi saxlanan 16 yaşlı qızın dediklərinə görə, 2014-cü ilin ortalarında məktəbi buraxdıqdan sonra cavan bir oğlanla tanış olub: “ İlk əvvəllər bizdə hər şey yaxşı gedirdi, amma sonra o,  İŞİD videolarına baxmağa başladı. Həmişə onun haqqında danışırdı. Sonra dedi ki, İŞİD-ə qoşulmaq istəyir, mən də razılaşdım. Ancaq onda İŞİD-in nə olduğunu bilmirdim, ümumiyyətlə, islam haqda heç məlumatım yox idi”.

 

2015-ci il may ayının sonunda İsveçi tərk eləyib Türkiyəyə yollanıblar.  Suriya sərhədini keçəndən sonra islamçıların nəzarətində olan əraziyə çatıblar. Ordan da onları avtobusla ( İraq) Mosula aparıblar. Orda onlara və İŞİD-ə qoşulmaq üçün gedən digər isveçrəlilərə su və elektrik təchizatı olmayan ev verilib.

 

“Cibimdə heç bir qəpiyim də yox idi, həyat həqiqətən də çətin idi”, - deyən qız yaşadıqları çətinliyi, qorxunu dilə gətirib: “ Telefon əlimə keçən kimi, dərhal anama zəng elədim və dedim ki, evə qayıtmaq istəyirəm”.

 

17 fevralda İraq Kürdüstanının silahlıları əsirləri azad edərək onları İsveç təmsilçisinə təhvil veriblər.

İsveç gizli polisinin dediyinə görə, hazırkı rəqəmlərə görə, İŞİD sıralarında 300-dən də çox İsveç vətəndaşı döyüşür. İslamçılara qoşulan krallıq sakinlərinin ümumi sayı isə məlum deyil. Bildirək ki, hazırda Rusiyada Suriya və İraq ərazilərində nəzarətdə olan “İslam dövləti” fəaliyyətinə qoşulmaq qadağan edilib.

 

 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>