Sizin link burada

Körpə doğuşdan beş gün sonra öldü

Bərdə rayonunda doğuşdan sonra körpə ölümü faktı qeydə alınıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayonunun Şatırlı kənd sakini Qasımova İlahə Ağarza qızının beş gün əvvəl Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı bu gün ölüb.

 

Yaxınlarının verdiyi məlumata görə, həkimlər uşağın normal doğulduğunu bildiriblər. Bu gün isə körpənin meyiti onlara təqdim olunub.

 

Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia ediblər.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>