Sizin link burada

39 yaşlı kişini qətlə yetirən şəxs tutuldu - YENİLƏNİB

Sabirabad rayonunda baş verən qətl hadisəsini törədən şəxs məlum olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini, 1977-ci il təvəllüdlü İsmayılov Raqif Eldar oğlunun həmyerlisi, 1991-ci il təvəllüdlü Məmmədov Elşad Ələmdar oğlu tərəfindən gecə saatlarında qətlə yetirildiyi açıqlanıb.

 

E. Məmmədov aralarında yaranan münaqişə zəminində R. İsmayılovun döş qəfəsinə iki bıçaq zərbəsi vurub.

 

E. Məmmədov saxlanılıb.

 

***

 

12:00

 

Sabirabad rayonunda qətl hadisəsi baş verib.

 

 APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Sabirabad şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.

 

Rayon sakini, 1977-ci il təvəllüdlü İsmayılov Raqif Eldar oğlu həmin ünvanda bıçaqlanaraq qətlə yetirilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>