Sizin link burada

Cəbhədə ciddi toqquşma: düşmən xeyli itki verib

Hadisə fevralın 12-ə keçən gecə baş verib

Fevralın 12-ə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

 

Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə, düşmən 5-7 nəfər itki verib.

 

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır.

LENT

20 May 2018
19 May 2018

Digər xəbərlər >>>