Sizin link burada

Pxenyandan raket buraxılışı ilə bağlı BƏYANAT

KXDR “Kvanmönson-4” süni peykinin buraxılışının uğurla həyata keçdiyini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  KXDR Milli Kosmik İdarəsinin müvafiq bəyanatı ölkənin Mərkəzi Televiziyası tərəfindən yayımlanıb.   

 

“Fevralın 7-si saat 09.00-da (Bakı vaxtı ilə 04.30-da) kosmosdan Yer kürəsini müşahidə etmək üçün nəzərdə tutulan “Kvanmönson-4” süni peykinin buraxılışı uğurla həyata keçirilib. Bu Şimali Koreyada elm və texnologiyanın inkişaf etməsi nəticəsində mümkün olub”, deyə bəyanatda bildirilir.  

 

Məlumatda “Kvanmönson-4” peykinin ölçmə və digər avadanlıqlarla təchiz edildiyi qeyd olunur.   

 

Qeyd edək ki, KXDR-in raket buraxılışından sonra ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. BMT Təhlükəsizlik Şurasının növbədən kənar toplantısı bu gün Bakı vaxtı ilə 20.00-a təyin olunub.  

 

Cənubi Koreyanın “Renhap” agentliyinin məlumatına görə,  Şimali Koreyanın  raket buraxılışından sonra Cənubi Koreyanın prezidenti Pak Kın Xe təcili iclas çağırıb.

 

Yaponiyanın baş naziri Sindzo Abe Pxenyanın uzaqmənzilli raketin buraxdığını bildirib.

 

ABŞ-ın Müdafiə Nazirliyi KXDR-in buraxdığı raketin trayektoriyasını nəzarətdə saxladığını və onun ABŞ və müttəfiqləri üçün təhlükə yaratmadığını bildirib.

 

Qeyd edək ki, KXDR bu gün yerli vaxtla saat  09.01-də (Bakı vaxtı ilə 04.31-də) ölkənin qərb sahilində yerləşən “Soxe” kosmodromundan  raket buraxılışı həyata keçirib.  On dəqiqə sonra raket Yaponiyanın Okinava prefekturası üzərindən uçub. Bundan sonra ABŞ KXDR-in Sarı dəniz üzərindən cənub istiqamətində raket buraxdığını bəyan edib.  

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>